Türkiyədə 60 pilotun həbsi barədə qərar çıxarıldı

Konya Baş Prokurorluğu 15 iyul hadisələri ilə bağlı Hərbi Hava Qüvvələrində növbəti istintaq əməliyyatına başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyat çərçivəsində 60 pilotun həbs olunması ilə bağlı qərar çıxarılıb.

Onlar FETÖ/PYD terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinirlər.

Konyadakı əməliyyatlarla paralel olaraq Türkiyənin daha 19 bölgəsində eyni istiqamətdə tədbirlər keçirilir.


Xatırladaq ki, bundan əvvəlki əməliyyatlarda saxlanılan şəxslər Hərbi Hava Qüvvələrində terror qruplaşmasının necə formalaşdığı barədə etiraflar etmişdilər. Həmin əməliyyatlarda saxlanılan 47 pioltdan biri qadın olmaqla 17-si həbs edilib, 30-u sərbəst buraxılmışdı.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR