İraqda "xaçpərəst könüllülər" İŞİD-ə qarşı hücuma keçdi

İraqda xaçpərəstlərdən ibarət "Vavilon briqadası" adlı silahlı dəstə İŞİD-ə qarşı hücuma keçib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ilk cəhddə Mar-Benham katolik məbədini terrorçulardan geri alıb. Könüllülərdən təşkil edilən dəstənin hücumu davam etdirəcəyi deyilir.

Mar-Benham 4-cü əsrdə tikilib. İŞİD məbədin yerləşdiyi ərazini iki il əvvəl ələ keçirib. Keçən il isə məbədə aid bir neçə tikili onlar tərəfindən dağıdılıb.

Xaçpərəst könüllülərin Mosul əməliyyatı çərçivəsində hərəkətə keçdiyi bildirilir. Mosulun azad edilməsi planı yanvarın 1-nə qədər yekunlaşmalıdır.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR