Yaponiyada güclü zəlzələ oldu - SUNAMİ XƏBƏRDARLIĞI

Noyabrın 21-dən 22-nə keçən gecə Yaponiyada güclü zəlzələ baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, maqnitudası 7,3 bal təşkil edən zəlzələnin episentri Honsü adasının şərq hissəsində, Fukusima prefekturasının 60 kilometrliyində yerləşib.

 

Rəsmilər yeraltı təkanlar nəticəsində bir neçə nəfərin yaralandığını bildirib. Sunami təhlükəsi yarandığından, sahilboyu regionların sakinlərinə təxliyə ediləcəkləri barədə xəbərdarlıq olunub.

 

Sendai prefekturasının hava limanında bütün aviareyslər təxirə salınıb. Ölkənin baş naziri Sindzo Abe təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün mümkün tədbirlərin görüləcəyini bildirib.

 

Meteoroloqlar bölgədə sunami təhlükəsinin olduğu barəsində xəbərdarlıq edib. Regiondakı vəziyyət 2001-ci ili xatırladır. Belə ki, həmin vaxt zəlzələnin əmələ gətirdiyi sunami nəticəsində 20 min nəfər həyatını itirib. Həmçinin o zaman yaşanan təbii fəlakət "Fukusima-1" Atom Elektrik Stansiyasında qəzaya səbəb olmuşdu.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR