Neftin qiyməti sürətlə bahalaşmağa başladı
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 49,59 dollardan təklif olunur. Bu ötən gün qeydə alınan qiymətlərdən iki dollardan çox bahalaşma deməkdir.
Qərbi Texas markası da bahalaşıb. WTI neftinin 1 bareli 48,92 dollardan təklif olunur. Bu markadan olan neft də iki dollar bahalaşıb.
Xam neft OPEK-in sentyabr ayında əldə etdiyi qeyri-rəsmi hasilata kvota qoyulması anlaşmasının 30 noyabrda imzalanması üçün hərəkətə keçməsindən dolayı yenidən bahalaşmağa başlayıb.
Qeyd edək ki, OPEK səkkiz ildən sonra ilk dəfə istehsalı qaydaya salmağa çalışır. Ancaq İranın Qərb ölkələri ilə razılaşmasından sonra istehsalı artırmağa çalışması və İraqın İŞİD-lə mübarizəyə görə bu anlaşmadan kənar qalmaq istəyində olması bu ay neftin qiymətlərində böyük ucuzlaşmaya səbəb olmuşdu.
Ötən gün Rusiya, İran və İraqdan razılaşma ilə bağlı pozitiv açıqlamalar nefti bir gündə 2 dollar bahalaşdırdı.
Ekspertlər neftin razılaşmalara rəğmən böyük ölçüdə bahalaşmayacağını bildirir. Xam neftin satış qiyməti 50 dolları keçdikdə ABŞ-da neft hasilatı güclənir. Bu ölkədə hasilat artdıqca ehtiyatların artması ilə qiymətlərin yenidən ucuzlaşması baş verir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər