Dollar yerində saydı, avro bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi noyabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8166 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1349 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi də dəyər qazanıb. Hazırda 1000 rubl 26 manat 80 qəpik, 100 türk lirəsi isə 50 manat 95 qəpik təşkil edir.

 

Gürcüstan larisinin məzənnəsi ucuzlaşaraq 68 manat 50 qəpik olub.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR