ABŞ polisi şaxtalı havada nümayişçiləri soyuq su ilə dağıtdı
ABŞ-ın Şimali Dakota polisi şaxtalı havada nümayişçilərin dağıdılması üçün su şırnaqlarından istifadə edib.
APA TV-nin məlumatına görə, dairənin şerifi Morton Rob Keller polis əməkdaşlarının bu addımına haqq qazandırıb və bildirib ki, məqsəd nümayişçilərin törətdiyi yanğının qarşısını almaq olub.
Qeyd edək ki, etiraz aksiyaları neft kəmərinin çəkilməsi ilə əlaqədar keçirilir. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Şerif ofisi aksiyanı "qiyam" kimi qiymətləndirib və iştirakçıların özlərini aqressiv apardığını bəyan edib.
Aksiya təşkilatçılarının verdiyi məlumata görə, nümayiş dağıdılarkən 180 nəfər xəsarət alıb.
Yerli hökumət isə aksiya iştirakçılarını asayiş keşikçilərinə daş və lopalar atmaqda günahlandırıb, bir polis əməkdaşının xəsarət aldığını bildirib.
Şimali Dakotadan İllinoysa qədər neft kəməri 2016-cı ilin sonunadək hazır olmalıdır. Kanada və ABŞ-ın şimal hissəsinin sakinləri isə ətraf mühitə vurulacaq zərəri əsas gətirərək, neft kəmərlərinin tikintisinə qarşı çıxırlar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər