İŞİD Əfqanıstanda məscid partlatdı: 32 ölü, 50-dən çox yaralı
"İraq Şam İslam Dövləti" terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildəki məsciddə törədilmiş partlayışa görə məsuliyyəti üzərinə götürüb.
APA TV-nin məlumatına görə, partlayış nəticəsində 32 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Partlayış noyabrın 21-də Kabilin Dər ül-Aman rayonunda törədilib. İntiharçı-terrorçu partlayıcı qurğunu məscidin içərisində işə salıb. Onun hədəfi ölkənin şiə müsəlmanları kəsiminin üzvləri olublar.
Partlayışdan sonra "Taliban" hərəkatının nümayəndələrindən biri bildirib ki, hərəkatın terror aktı ilə heç bir əlaqəsi yoxdur.
Son aylar Əfqanıstandakı vəziyyət kəskin pisləşib. Ölkənin kənd rayonlarının əhəmiyyətli hissəsini nəzarətdə saxlayan "Taliban" hərəkatı iri şəhərlərə də hücuma başlayıb. Bununla yanaşı, Əfqanıstan ərazisində İŞİD-in də mövqeyi güclənir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər