YAP-ın yaranmasının 24 illiyi qeyd olundu
"YAP Azərbaycanda yeganə partiyadır ki, xalqın istəyi ilə yaranıb". APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov partiyanın yaranmasının 24 illiyi münasibətilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, xalq ötən əsrin 90-cı illərinin əvvəlində düşdüyü böhrandan çıxış yollarını axtarırdı və Azərbaycanı xilas edəcək şəxsin Heydər Əliyev olduğunu anlayırdı: "Xalqa onu irəliyə apara biləcək siyasi təşkilat lazım idi ki, bu da ulu öndərin yaratdığı YAP oldu. Burada şəxsiyyət amili də əsas rol oynayırdı. Məhz bu partiyanın yaranması üçün xalq Heydər Əliyevə müraciət etdi. YAP yarandığı dövrdə xalqın ona göstərdiyi etimadı doğrulda bildi. Xalq öz gücünü Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdirərək, Azərbaycanın o zaman düşdüyü çətinlikdən çıxarmağı düzgün yol hesab edirdi”.
Ə.Əhmədov bildirib ki, YAP-ı güclü partiyaya xalqın gücü və Heydər Əliyevin böyük şəxsiyyəti çevirib: "YAP Heydər Əliyev siyasətinin, İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkləşməsində, ölkəmizin qüdrətinin artmasında yaxında iştirak edən bir siyasi qurumdur. YAP Azərbaycanın siyasi tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış bir yüksəkliyə, ictimai nüfuza sahib olub. Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı bir neçə aydan sonra 700 minə çatacaq".
Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsinin başlandığını və bundan sonra da davam edəcəyini deyən Əli Əhmədov qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı şaxələnəcək, regionların iqtisadiyyatı yüksələcək, ölkədə iqtisadi inkişafın yeni modeli formalaşdırılacaq.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları əmin olmalıdırlar ki, onların təhlükəsizliyi əmin əllərdədir və buna əsasən iqtisadi inkişaf davam edəcək.
Ə.Əhmədov YAP-ın xalqın ona göstərdiyi etimadı doğrulda bildiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər