Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında əməliyyat keçirilir

Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatına başlanılıb. APA TV-nin şimal bürosunun xəbərinə görə, əməliyyatlar Azərbaycanın şimal bölgəsini əhatə edir.

 

“Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.

 

Yerli sakinlərin verdiyi məlumata görə, aparılan əməliyyatlara bağlı Xaçmaz və Qusar rayonlarında xüsusi polis postları qurulub. Polis əməkdaşları tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır. Əməliyyatın keçirilməsində əsas məqsəd hər iki dövlətin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, narkotiklərin, qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə aparmaqdır.

 

Əməliyyatın noyabrın 27-nə kimi davam edəcəyi bildirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR