Kriştianu Ronaldo: "Bəli, mən homoseksualam, amma..."

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo qeyri-adi ifadələrlə diqqət mərkəzinə düşüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu İspaniya La Liqasının növbəti matçı zamanı homoseksual olduğunu etiraf edib.

 

Hesabat turunda “Real”ın “Atletiko” üzərindəki 3:0 hesablı qələbəsini vurduğu 3 qolla təmin edən portuqaliyalı ilə rəqib yarımmüdafiəçi Koke arasında münaqişə yaranıb. İspaniyalı futbolçu mübahisə zamanı Ronaldonu homoseksual adlandırıb.

 

Kriştianu isə cavabında “Bəli, mən homoseksualam, amma çoxlu pulum var. Sən isə əclafsan” ifadəsini işlədib. Bu söz davasının təfərrüatları mətbuata sızan kimi ötən ilin dekabrında yaşananlar xatırlanıb.

 

Həmin vaxt İspaniya mediası Ronaldonu homoseksual əlaqələrdə ittiham edərək, Mərakeşə tez-tez səfər etməsinin səbəbi kimi qələmə vermişdi. Yazılanlara əsasən futbolçu afrikalı kikboksçu Bədr Hari ilə məhz homoseksual münasibətləri üçün görüşür.

 

Qeyd edək ki, Ronaldo 2010 -15-ci illərdə rusiyalı model İrina Şeyklə sevgili olub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR