Azərbaycanda yeni “Olimpiya hərəkatı” memorandumu imzalandı

Noyabrın 21-də “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə cari mövsümdə proqramda nəzərdə tutulan yeniliklər barədə məlumat verib.

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov proqramın ölkəmizdə Olimpiya dəyərlərinin, həmçinin fəal və sağlam həyat tərzinin təşviqi istiqamətində əhəmiyyətini vurğulayıb.

 

Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının qorunmasında “Olimpiya hərəkatı” proqramının müstəsna rolunu qeyd edib.

 

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel tədbirdə sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayaraq, bu baxımdan “Olimpiya hərəkatı” proqramının mühüm rolunu diqqətə çatdırıb.

 

Proqramın yeni mövsümü ilə bağlı videoçarxın təqdimatından sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel əməkdaşlıq haqqında memorandum imzalayıblar. Memorandum proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, “Bakı-2015” İlk Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün səmərəli fəaliyyətin təşkili məqsədi daşıyır.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR