Ərdoğanın baş məsləhətçisi: "ABŞ ədalətsizliyə davam edərsə, yerlə bir olacaq"
”ABŞ ikitərəfli razılaşmaya əməl etməli, NATO üzvü kimi Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməlidir”.
APA TV-nin məlumatına görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib.
Y.Topçu qeyd edib ki, FETÖ sülh, rifah istəyən bütün dünya ölkələri üçün təhlükəlidir: “ABŞ bu günə qədər bu sahədə öhdəliklərinin heç birini yerinə yetirməyib. İki ölkənin cinayətkarların ekstradisiyası ilə əlaqədar müqaviləsi var. ABŞ bizdən hər hansı cinayətkarı istəyərkən əsla sorğu-sual etmirik. Çünki qarşıdakı ölkə deyir ki, sənin ölkəndə mənim cinayətkar kimi axtardığım birisi var, onu mənə ver. ABŞ da heç nə soruşmadan FETÖ rəhbərini bizə verməlidir. Amma ABŞ indiyə qədər bunu etməyib”.
Donald Trampın prezident seçilmək şansını seçkidən öncə yüksək dəyərləndirdiyini və proqnozunun doğrulduğunu söyləyən Türkiyə prezidentinin baş məsləhətçisi bildirib ki, D.Trampın dünyada və ABŞ-da nələri dəyişdirəcəyini gözləmək lazımdır: “Mənim ABŞ və Donald Tramp hökumətindən istədiyim odur ki, ədalətli olsunlar. Əgər ABŞ ədalətsizliyə davam edərsə, mütləq bir gün yerlə bir olar. ABŞ başqa coğrafiyalarda qan tökməyə son qoymalıdır. Ölkələrdə uşaqları, qadınları öldürməkdən vaz keçməlidirlər. ABŞ hazırda İslam dünyasında ən az simpatiya duyulan ölkələrdən biridir. ABŞ-ın İslam dünyasında simpatiya qazanmasının yolu var. Bunun yolu İslam coğrafiyasından əllərini çəkməsi və qan tökməkdən vaz keçməsidir. Trampdan gözləntimiz budur".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər