"Günəşli" yatağında növbəti faciə: kran aşdı, bir nəfər öldü

Noyabrın 20-də saat 22:30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq  hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb, kranın qırılan hissəsi dənizə düşüb.

 

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

 

Hadisə nəticəsində “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı, 1991-ci il təvəllüdlü Elşən Səxavət oğlu Məmmədov baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.

 

Dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR