Bərdə və Ucarda yanğın zamanı yanan şəxslər xəstəxanada öldü - İKİ AİLƏNİN FACİƏSİ

Bərdə rayonunda baş verən yanğında xəsarət alan şəxs xəstəxanada ölüb.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, noyabrın 17-də yanıq xəsarət ilə Respublika Yanıq Mərkəzinə daxil olan Oqtay Quliyev aldığı xəsarətdən xəstəxanada keçinib.

 

Qeyd edək ki, hadisə Bərdənin Hüseynbəyli kəndində qeydə alınıb. Kənd sakini Oqtay Quliyev və həyat yoldaşı Ziyafət lampa ilə ehtiyatsız davranmaları nəticəsində aldıqları yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

 

Bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri - 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov da xəstəxanada keçiniblər.

 

Hadisə noyabrın 14-də qeydə alınıb. Z.Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR