"AST Telman"ın qardaşı həbs olundu - QƏTL İTTİHAMI

Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, iki iş adamının qətlində günahkar bilinir. 

 

Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

 

R.İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib. Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.

 

“Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus “Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib

 

Savkin və Brılyova başlarından atəş açılıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR