Neft bahalaşır: Rusiya və İrandan pozitiv açıqlamalar
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, hazırda "Brent" markalı neftin bir bareli 47,46 dollardan təklif olunur. Ötən gün bu markadan olan neft 46,86 dollardan satılıb.
Qərbi Texas markası da bahalaşıb. WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar artaraq 45,94 dollar təşkil edib.
Xam neftin qiymətlərinin artmasına səbəb OPEK ölkələrinin hasilata kvota gətirilməsi ilə bağlı razılaşmaya ümidlərin artmasıdır. İranın neft naziri Bijan Namdar Zəngani razılaşmanın əldə olunmasının "yüksək ehtimal" olduğunu söyləyib. Eyni zamanda İraqın OPEK-in kvota siyasətinə uyğun üç təkliflə çıxış edəcəyi bildirilir.
Rusiya prezidenti Vladimir Putin isə OPEK-in razılığa gəlməməyi üçün heç bir səbəb olmadığını və Rusiyanın neft istehsalını mövcud vəziyyətdə dondurmağa istəkli olduğunu bildirib.
Qeyd edək ki, OPEK səkkiz ildən sonra ilk dəfə istehsalı qaydaya salmağa çalışır. Ancaq İranın Qərb ölkələri ilə razılaşmasından sonra istehsalı artırmağa çalışması və İraqın İŞİD ilə mübarizəyə görə bu anlaşmadan kənar qalmaq istəyində olması bu ay neftin qiymətlərində böyük ucuzlaşmaya səbəb oldu.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər