Donald Tramp Ağ Evdə tək yaşayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Ağ Evdə ən azı yaya qədər tək yaşayacaq.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb onun oğlu Berronun dərsləridir.

Tramp ailəsi onun dərslərinə mane olmamaq üçün sözügedən vaxta qədər ABŞ-ın bir nömrəli ünvanında yaşamağı yanlış hesab edir. Onlar məktəblinin dərslərinə mane olmamaq üçün yalnız yeni dərs ilində Ağ Evə köçmək barədə düşünür.

Berron Nyu-Yorkda gələcək "first lady" Melaniya Trampla qalacaq. Bunu Donald Tramp təsdiqləyib, lakin xanımının ona tez-tez baş çəkəcəyini də deyib.
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR