Dollar dəyişmədi, avro ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi noyabrın 18-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8108 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1089 manatdır. Beləliklə, funt sterlinq azalma nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi manat qarşısında dəyər qazanıb. Hazırda 1000 rubl 26 manat 50 qəpik, 100 türk lirəsi isə 50 manat 59 qəpik təşkil edir.

Gürcüstan larisi isə ucuzlaşıb. 100 gürcü larisinin dəyəri 68 manat 71 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR