İsraildə məsciddə azan verən şəxs cərimələndi

İsrail ərazisindəki məscidlərdən birində səsgücləndirici vasitəsi ilə azan oxuyan şəxs 200 ABŞ dolları məbləğində cərimələnib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Qüdsün qərbində yerləşən Əl Lod şəhərində qeydə alınıb.

Cərimə olunan müəzzin iddia edib ki, məscidin yaxınlığındakı yəhudi məhəlləsinin sakinləri yüksək səsdən narahat olduqları üçün əlaqədar orqanlara şikayət ediblər, lakin bu barədə məscidə bir dəfə də olsun xəbərdarlıq edilməyib.

İsrail mediası isə ölkədə hələlik bu mövzuda hər hansı bir qanuni cəzanın tətbiq edilməməsinə rəğmən, yüksək səslərin insanların rahatlığına mane olduğunu yazıb.

Baş verən hadisənin ölkədəki digər dini konfessiyalar tərəfindən necə qarşılanacağı hələ ki məlum deyil.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR