Sarkozinin ikinci dəfə Fransa prezidenti olmaq istəyi baş tutmadı

Sabiq prezident Nikolya Sarkozi Fransada sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirdikləri ilkin seçkilərdə məğlub olub.

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, N.Sarkozi artıq məğlubiyyətini etiraf edib.

Sarkozi seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

İkinci tura Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon adlayıb.

Seçkilərin ilkin nəticələrinə əsasən, F. Fiyon  43,6, A.Jüpe - 26,7, N.Sarkozi isə 22,9 faiz səs toplayıb.

Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR