Demokrat və respublikaçı senatorlar Trampa qarşı birləşdi

ABŞ senatında bir neçə demokrat və respublikaçı şəxslər Donald Trampa qarşı birləşiblər. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onlar yeni seçilən prezidentin Rusiya ilə yaxınlaşma planlarını dəstəkləmir.

Demokrat Ben Kardin, respublikaçılar Linsi Qrem və Con Makkeyn Moskva ilə "yenidənqurma" siyasətinə etiraz ediblər. Senatorlar buna səbəb kimi Rusiya tərəfinin beynəlxalq normalara hörmətsizlik etdiyini əsas gətirir. Adı çəkilən şəxslər buna qarşı sərt reaksiya tətbiq edilməsini ən layiqli cavab hesab edir. Xüsusilə, Şərqi Avropada baş verənlərə ABŞ-ın biganə qalmasının yolverilməz olduğu dilə gətirilir.

Rusiya tərəfindən ABŞ-da keçirilən prezident seçkilərinə haker müdaxilələrinin də unudulmaması tövsiyə olunur.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR