"Fənərbaxça" "Qalatasaray"ı yenə "quru" yola saldı - 2:0
Türkiyə Superliqasında XI turunun oyunları keçirilib. APA TV-nin məlumatına görə, turun mərkəzi qarşılaşması əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” arasında baş tutub.
“Şükrü Saraçoğlu” stadionunda 17 ildir "Fənərbaxça"ya qalib gələ bilməyən "aslanlar" bu dəfə də əli boş geri dönüb.
Hakim Cüneyt Çakırın idarə etdiyi oyunun ilk hissəsi qarşılıqlı hücumlarla başlayıb. Lakin irəliləyən dəqiqələrdə "sarı-lacivərdlilər" sözün bütün mənalarında ev sahibi kimi "meydan sulamağa" başlayıblar.
"Qalatasaray"ın qapısına edilən aramsız hücumlar bəhrəsini yalnıs 45-ci dəqiqədə verib. Van Persi Şenerin mükəmməl ötürməsini Musleranın qorududuğu qapıya yönəldib.
İkinci hissə də eyni templə statr götürüb. "Fənərbaxça" rəqibi qarşısında üstün görünsə də qonaqlar əks-hücumlarda uğur qazanmaq üçün cəhd ediblər. Lakin bütün bunlar nəticəsiz qalıb.
İkinci hissənin ortasında top "sarı-qırmızılı" oyunçunun əlinə "Qalatasaray"ın cərimə meydançasında dəysə də, hakimlər bunu görməyib. 78-ci dəqiqədə isə mərkəz hakim "bülübüllərin" lehinə 11 metrlik nöqtəni göstərməyə məcbur olub. Van Persi matçda özünün və klubunun ikinci qolunu vurub.
Oyun bu hesabla da bitib. "Qalatasaray" Kadıköydən yenə xalsız ayrılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər