Merkel bəyan etdi: "Dördüncü dəfə kansler olmağa hazıram"
Angela Merkel 2017-ci ildə Almaniya kansleri postuna namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, o, bu barədə Berlində jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Çox güman ki, Almaniyanın birləşməsindən sonra bu ən mürəkkəb seçki olacaq”, deyə A. Merkel vurğulayıb.
Buna rəğmən A. Merkel növbəti seçkilərdə dördüncü dəfə Almaniya kansleri postu uğrunda mübarizə aparmağa hazırdır.
A. Merkel Berlində Xristian-Demokrat Partiyasının qurultayında çıxış edib. Partiyası tərəfindən dəstəklənəcək A. Merkel Almaniya tarixində 4 dəfə kansler postunu tutan Helmut Kolun nəticəsini təkrarlaya bilər. H. Kol 1982-1998-ci illərdə kansler olub. A. Merkel isə 2005-ci ildən kansler postunu tutur.
OXŞAR XƏBƏRLƏR
17:28
692
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
658
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
670
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2034
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2163
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2132