Parisdə türklərlə PKK-lılar arasında qarşıdurma - YARALILAR VAR
Fransanın paytaxtı Parisdə terrora qarşı keçirilən mitinqə PKK dəstəkçisi olan qrup müdaxilə edib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əllərində dəmir parçaları olan şəxslər aksiyada iştirak edən türklərə xəsarətlər yetirib.
Parisin Respublika meydanında icazəli aksiya təşkil edən türklər "Terrora lənət, demokratiyaya dəvət" şüarları səsləndiriblər. Bu zaman qəfildən bir qrup onlara "molotoff kokteylləri", dəmir alətlər və hava fişəngləri ilə hücum edib, daha sonra aradan çıxıblar.
Bir neçə nəfər yaralanıb. Polis qaçan şəxsləri axtarır.

Hadisə şahidlərindən Həvva Akyazı həmin şəxslərin aksiyadan əvvəl onları qorxudub, etiraz bildirməmələri üçün xəbərdarlıq etdiklərini deyib.
Hadisədə yaralanan İbrahim Kılıç isə aksiyaya oğlu ilə gəldiyini və hadisə zamanı başından dəmirlə vurulduğunu bildirib.
Daha sonra PKK-lılar küçələrdəki avtomobillərin şüşələrini qırıblar. Fransa polisinin baş verənlərə soyuqqanlı yanaşdığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
17:28
692
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
658
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
670
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2034
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2163
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2132