Tramp dövründə Pentaqon rəhbəri postuna əsas namizədin adı məlum oldu
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqon rəhbəri postuna namizəd kimi Dəniz Piyadaları Korpusunun generalı Ceyms Mettisi düşündüyünü təsdiqləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, D. Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
D. Tramp Pentaqon rəhbəri kimi düşündüyü C. Mettislə dünən keçirdiyi görüşün onda böyük təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, D. Tramp bundan öncə C. Mettisin Pentaqon rəhbəri postuna namizədliyi barədə düşünəcəyini bəyan etmişdi. D. Tramp dünən C. Mettis ilə keçirdiyi görüşdən əvvəl ona müdafiə naziri postunu təklif edib-etməyəcəyi barədə suala da konkret cavab verməmiş, bu məsələyə baxacağını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
17:28
692
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
658
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
670
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2034
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2163
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2132