Masallıda "Ümumdünya Uşaq Hüquqları günü"nə həsr olunmuş tədbir keçirilib

Masallıdakı “ASAN həyat” kompleksində “Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Tədbir Təhsil Nazirliyi, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı, “BİR” Tələbə Könüllülərinin təşkilatçılığı və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

“ASAN məktub” layihəsi vasitəsi ilə vətəndaşlar tərəfindən öhdəliyə götürülmüş Masallı rayonunda yaşayan aztəminatlı, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan 52 uşağın istək məktubları reallaşdırılıb, həmçinin Təhsil Nazirliyinin “BİR” Tələbə Könüllüləri tərəfindən onlara əlavə hədiyyələr təqdim olunub.

Eyni zamanda tədbir çərçivəsində "ASAN Kinoklub"da cizgi filmi nümayiş etdirilib.

Təhsil Nazirliyinin tabeliyində olan uşaq yaradıcılıq mərkəzlərinin rəqs kollektivləri uşaqlar qarşısında çıxış ediblər.
 

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Masallı rayonu və kəndlərində yaşayan sosial cəhətdən həssas təbəqədən olan uşaqların istək məktublarına cavab olaraq hədiyyələrin çatdırılması, uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə, şəxsi inkişafa həvəs oyatmaq, onlar üçün xoş və yaddaqalan bir gün təşkil etməkdən ibarət olub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR