Səhiyyə naziri jurnalistin müalicəsini nəzarətə götürdü
Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək. Bunu Lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub: “Səhiyyə naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. Nazir Oqtay Şirəliyev də vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin ondan sonrakı müalicəsinə dəstək göstəriləcək”.
OXŞAR XƏBƏRLƏR
17:28
692
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
658
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
670
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2034
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2163
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2132