Ukrayna səfiri: “Torpaqlarımız işğal olunana qədər Azərbaycanın necə dəhşətlə üzləşdiyini bilmirdik”

“Azərbaycan Ukraynanın, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Status-kvo qəbuledilməzdir, hər an münaqişə alovlana bilər".

 

APA TV-nin məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko diaspora nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

 

Səfir bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Donetsk və Luqansk regionlarında eyni qüvvənin rolu sayəsində münaqişə yaranıb, torpaqlar itirilib. Səfir deyib ki, Ukrayna xalqı pozulmuş ərazi bütövlüyünü bərpa etmək üçün sona qədər döyüşəcək: “Mən Qarabağ hadisələri dövründə Ukrayna Xarici İşlər Nazirliyində çalışırdım. Bizim torpaqlar işğal olunana qədər biz Azərbaycanın necə dəhşətlə üzləşdiyini bilmirdik. Dünya birliyi böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, işğalçıya birmənalı münasibət bəsləməlidir. Əks halda, dünyada xaos hökm sürəcək”.

 

Görüş Ukraynadakı mövcud vəziyyətin müzakirəsi ilə davam etdirilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR