Avropa Parlamenti Türkiyə ilə danışıqları dondurur
Avropa Parlamentində Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi üzrə danışıqların dondurulması müzakirəyə çıxarılacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu qərarın müzakirəyə çıxarılması "qoca qitə" parlamentinin böyüklüyünə görə ikinci partiyası sayılan sosial demokratların təşəbbüsü ilə gündəmə gəlib.
Avropa Parlamentinin hər hansı bir dövlətlə ittifaqa üzvlük istiqamətindəki danışıqlara təsir etmək səlahiyyəti olmasa da, veriləcək qərarın Türkiyənin ittifaqa daxil olma prosesinə təsir edəcəyi şübhə doğurmur.
Bu arada təşəbbüsün müəllifi olan sosial demokratların lideri Gianni Pittela mətbuata açıqlamasında noyabrın 24-də səsverməyə çıxarılacaq qərarın Türkiyə hakimiyyətinin öz təqsiri üzündən gündəmə gəldiyini söyləyib.
Qeyd edək ki, sözügedən qərarı Avropa Xalq Partiyası və liberalların da dəstəkləyəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər