Tramp adını təmizə çıxarmaq üçün milyonlarından keçəcək
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tramp Universitetinin fəaliyyəti barədə yayılan dələduzluq iddialarını pərdələmək üçün 25 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu vəsaitin çox hissəsi sözügedən universitetin tələbələrinə, qalan məbləğ isə hüquqşünasların fəaliyyətinə yönəldiləcək.
Qəzetin iddiasına görə, universitetin ətrafında yaranmış problemin aradan qalxması üçün danışıqlar Tramp prezident seçkilərinin qalibi olduqdan sonra başlayıb.
Xatırladaq ki, daha öncə bu iş üzrə keçirilməli olan məhkəmə prosesləri milyarderin vəkillərinin müraciəti əsasında bir neçə dəfə təxirə salınıb. İddiaçılar həmin universitetdə daşınmaz əmlak üzərində əməliyyatların aparılması sirlərinə yiyələnmək üçün 35 min dollar ödədiklərini, lakin buna rəğmən aldadıldıqlarını iddia edib.
Tramp Universiteti lisenziyasız işlədiyindən, xeyli vaxtdır fəaliyyətini dayandırıb.
Bu arada Donald Tramp ona yönələn iddiaların hamısını rədd edib və onları siyasi motivli adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər