Qəbələdə “Mercedes” ağaca çırpıldı: ölən və yaralanan var
Qəbələ rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 1:30 radələrində Qəbələ-Oğuz avtomobil yolunda, Nic qəsəbəsi ərazisində qeydə alınıb.
Qax rayon sakini, 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun idarə etdiyi 99 EK 352 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Avtomobil tamamilə əzilərək yararsız hala düşüb.
Hadisə zamanı 24 yaşlı sürücü İntiqam Qaracayev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış İntiqam Qaracayevin meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəza zamanı avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Abbasova Esmira Əsədəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər