Tovuzda bir nəfər dərmandan zəhərləndi, bir nəfəri cərəyan vurdu

Tovuz rayon sakini dərmandan zəhərlənib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə rayonun Çataq kənd sakini 31 yaşlı Nuranə Babayeva naməlum preparatla zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

 

Ötən gün Tovuzda daha bir hadisə baş verib. Tovuzun Şamlıq kənd sakininin elektrik cərəyanı vurub. Hadisə 27 yaşlı Tural Kazımov həyətlərindəki elektrik lampasını dəyişərkən baş verib. Cərəyan onu sol ayağından vurub. Xəstə dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta stabil olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR