Türkiyə ordusunun yeni silahı - “Qasırğa”

Türkiyə istehsalı olan “Qasırğa” reaktiv yaylım atəşi sistemi silahlı qüvvələrə təqdim edilib.

 

APA TV-nin məlumatına görə, silah 120 kilometr məsafədə hədəfi məhv etməyə qadirdir.

 

Türkiyənin müdafiə naziri Fikri İşıq yeni silahın silahlı qüvvələrə təqdim edilməsi mərasimində bildirib ki, Türkiyə daxili istehsal sayəsində ordunun tələbatını ödəyir. Onun sözlərinə görə, Türkiyə müdafiə sahəsindəki texnologiyaları dost və qardaş ölkələrə satır.

 

Nazir əlavə edib ki, “Qasırğa” reaktiv yaylım atəşi sistemi tamamilə Türkiyə istehsalıdır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR