PKK-nın 2 tona yaxın narkotiki ələ keçirildi

Türkiyənin Diyarbəkir vilayətinin Hazro qəsəbəsində keçirilən əməliyyat zamanı PKK terror təşkilatının maliyyə qaynağı sayılan 1 ton 877 kiloqram narkotik ələ keçirilib.

 

APA TV-nin xəbərinə görə, Diyarbəkir valiliyindən bildirilib ki, PKK terrorçuları narkotiki mağarada gizlədiblərmiş.

 

Əməliyyat məlumatı əsasında mağara tapılıb və orada 96 torbaya yığılmış 1 ton 877 kiloqram narkotik ələ keçirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR