Yas mərasiminə gedən ailənin evini yardılar

Goranboyda yaşayış evi yarılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xoylu kəndində Sənan Allahverdiyevin evində qeydə alınıb.

 

Ev sahibi ailəsi ilə birlikdə nənəsinin yas mərasiminə gedib. Qonşular evin pəncərələrini açıq görüb, dərhal ev sahiblərini məlumatlandırıblar. Evə qayıdan ailə mənzilin qarət edildiyini aşkar edib.

 

Zərərçəkənin qardaşı Hüseyn Allahverdiyevin sözlərinə görə, oğrular evə küçəyə baxan pəncərəni açaraq giriblər. Onlar mənzildəki sandıqda olan qızıl-zinət əşyalarını və müəyyən miqdarda pulu aparıblar.

 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR