Usta işlədiyi evdən 70 min manatlıq qızıl oğurladı

Bakıda mənzildə usta işləyən şəxs ev sahibinin dəyəri təqribən 70 min manat olan qızıl-zinət əşyasını talayıb.

 

APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində, Neftçilər prospektindəki 67 saylı evin 21-ci mənzilində baş verib.

 

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən ev sahibi Gülşən Rəfiyeva mənzilindən 70 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Zərərçəkən mənzilə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşlarına ifadəsində evdə usta işləyən Rəşad Ömərovdan şübhələndiyini bildirib. Evdən barmaq izləri götürən ekspertlər sözügedən şəxsin izinə düşüb. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Gülşən Rəfiyevanın mənzilində usta işləyən Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Ömərov şübhəli şəxs qismində saxlanılıb.  İstintaq zamanı 29 yaşlı Rəşad əməlini etiraf edib.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR