Gəncədə qadını şantaj edən 36 yaşlı kişi tutuldu

Gəncədə qadını hədələyərək ondan pul tələb edən şəhər sakini saxlanılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, şəhər sakini Kəpəz rayon Polis İdarəsinə müraciət edərək Gülüstan qəsəbəsində yaşayan 36 yaşlı Məhərrəm Qurbanovun onun şəkillərini internetdə yayacağı ilə hədələyərək 200 manat pul tələb etdiyini bildirib.

 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhərrəm Qurbanov zərərçəkmiş şəxsdən 150 manat pulu aldıqdan sonra saxlanılıb.

 

İsa Çıraqov, baş müstəntiq: "Məhərrəm Qurbanovun ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində zərərçəkən şəxs tərəfindən ona verilən 150 manat pul götürülüb. Bundan əlavə, sosial şəbəkədə onun zərərçəkənə yazdığı hədə-qorxu mesajlarının mətnləri istintaq tərəfindən götürülüb".

 

Saxlanılan şəxs ona qarşı olan ittihamlarla razılaşmayaraq, qadının özünün ona şəkil göndərdiyini bildirib. Məhərrəm Qurbanov telefonunda olan şəkillərin qadın tərəfindən pozulduğunu deyir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsində cinayət işi açılıb, istintaq gedir.

 

İsa Çıraqov, baş müstəntiq: "Təqsirləndirilən şəxs Qurbanov Məhərrəmi televiziya vasitəsilə görən şəxslərdən xahiş edirik ki, onun bu cür əməlinin qurbanı olan varsa, Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etsinlər".

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR