Türkiyə Rusiyadan "S-400" raket sistemləri alır

Rəsmi Ankara ilə Moskva arasında "S-400" raket komplekslərinin əldə olunması üzrə danışıqlar aparılır.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Fikri İşıq jurnalistlərə açıqlamasında bildirib.

 

Bununla yanaşı o, bu məsələ ilə bağlı digər ölkələrlə də məsləhətləşmələrin aparıldığını deyib.

 

Eyni zamanda nazir NATO üzvü olan ölkələrin bu məsələyə ciddi yanaşacağına və sözü gedən sistemlərin alyansın tələblərinə uyğun olacağına ümid etdiyini bəyan edib.

 

Daha bir maraqlı açıqlama isə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalından gəlib. İ. Kalın hər iki ölkə arasında Türkiyədə müasir hava hücumundan müdafiə sisteminin layihələndirilməsi üzrə əməkdaşlığın detalları barədə məsləhətləşmələr aparıldığını vurğulayıb.

 

Qeyd edək ki, bu sahədə hərbi əməkdaşlıq hər iki ölkə prezidentinin İstanbul görüşündə də müzakirə obyekti olub.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR