Lənkəranda qəza: benzin yola dağıldı, magistral yol bağlandı

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəran rayon sakini, 1979-cu il təvəllüdlü Ravil Baxışovun idarə etdiyi “Ford” markalı, 10 SH 159 dövlət nömrə nişanlı firmaya məxsus avtomobil Cəlilabad rayon sakini, 1966-cı il təvəllüdlü Tərlan İslamovun idarə etdiyi “ZİL” markalı yanacaq daşıyan maşınla toqquşub.

 

Güclü zərbədən “ZİL” markalı maşın aşıb, yanacaq yola dağılıb. Qəza nəticəsində xəsarət almış “Ford”un sürücüsü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. “ZİL”in sürücüsü isə yüngül xəsarət alıb.

 

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşlarının, yanğınsöndürənlərin səyi ilə yola dağılmış yanacaq təmizlənməklə nəqliyyat vasitələrinin hərəkəti təxminən iki saatdan sonra bərpa olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR