Zaqatalada 54 yaşlı kişini maşın vurdu
Zaqatalada 54 yaşlı piyadanı maşın vurub. APA TV-nin məlumatına görə, hadisə rayonun Əliabad-Mosul yolunda qeydə alınıb.
Əliabad qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sadəddin oğlu Həsrətov idarə etdiyi “VAZ-2106” markalı 10 EJ 985 dövlət nömrə nişanlı avtomobillə piyada, Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Musa Bulad oğlu Hacımuradovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Musa Hacımuradov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Xəstəxanadan APA TV-yə bildirilib ki, yaralıya lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Titr: Müşviq Məmmədov-Zaqatala RMX-nın həkimi
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
711
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
676
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
688
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2037
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2166
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2135