Cəbhə xəttində erməni pulemyotçunun meyiti tapıldı

Ermənistanın Tavuş vilayətində erməni ordusunda müddətdən artıq xidmət keçən hərbçinin meyiti tapılıb.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, onun noyabrın 17-də, onun saat 21:50 radələrində qətlə yetirildiyi ehtimal olunur. Bunu hadisə ilə bağlı yaradılan istintaq komitəsi müəyyən edib.

Hərbçinin meyiti xidmət etdiyi hərbi hissənin ərazisində tapılıb. Qətlə yetirilən İvan Ayrapetyandır. O, atıcı batalyonda pulemyotçu olub. Onun bədəninin müxtəlif yerlərində və başının sol nahiyəsində güllə yaraları aşkarlanıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR