Xaçmazda mağazadan oğurluq edən iki nəfər tutuldu
Xaçmazda mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bir qrup şəxs mağazadan oğurluq edib.
Xaçmaz RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini Əziz Hacıbalayev və Xaçmaz şəhər sakini Elvin Heydərov saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Əziz və Elvin qabaqcadan əlbir olaraq oğurluq planı hazırlayıb. Elvin Heydərov 27 BX 311 dövlət nömrə nişanlı "KİA Rio" markalı avtomaşınla Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində yerləşən Axundbala Kərimova məxsus mağazanın qarşısında pusquda dayanıb. Əziz Hacıbalayev isə mağazanın qapısını sındırıb açmaqla içəri daxil olub, oradan müxtəlif adda uşaq, qadın və kişi paltarlarını oğurlayıb. Zərərçəkmiş şəxsə ümumilikdə 2500 manat məbləğində maddi ziyan dəyib.
Sinxron: hər iki şəxs barəsində cinayət məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi açılıb. İstintaq əməliyyat tədbirləri davam etdirilir.
Saxlanılan şəxs əməlindən peşman olsalar da, ehtiyac üzündən bu yola əl atdıqlarını deyiblər.
Əziz Hacıbalayev və Elvin Heydərovun digər oğurluq əməllərində iştirak edib-etməməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər