İsmayıllıda güclü yanğın baş verib

İsmayıllı rayonunda güclü yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 3:00 radələrində rayonun Aşağıbaş kəndində qeydə alınıb.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Mikayılzadə Sabir Mikayıl oğluna məxsus həyətyanı sahədə yanğın hadisəsi baş verib. Ümumi sahəsi 420 kvadrat metr olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyalarının 200 kvadrat metrlik sahəsi və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanıb.

 

Hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb, yardımçı tikilinin və ot bağlamasının qalan hissəsi alovdan mühafizə olunub. Yanğınsöndürənlər alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar. Yanğın baş verən zaman evdə heç kim olmadığı üçün hadisə barədə yanğından mühafizə hissəsinə qonşular  xəbər verib.

 

Yanğın zamanı ev sahibinə dəyən maddi ziyanın 12 min manat olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR