Bakıda çiskin olacaq, güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi  əsəcək.

 

Havanın temperaturunun yarımadada gecə 6-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz  9-11 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7 dərəcə isti, gündüz  8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR