Tramp ona dələduz deyən şəxsi dövlət katibi postuna gətirə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi postunu keçmiş rəqibi Mitt Romniyə tapşıracağı gözlənilir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, D. Trampın bu həftə sonu M.Romni ilə görüşəcəyi və sözügedən təklifi ona rəsmən təqdim edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Mitt Romni seçki öncəsində respublikaçıların Donald Trampı dəstəkləməyən qrupuna daxil olub.

O, 2012-ci ildə keçirilən prezident seçkiləri zamanı B. Obamanın rəqiblərindən biri idi. Bundan əlavə, M.Romni Rusiyanı Birləşmiş Ştatların əsas geosiyasi düşməni hesab etdiyini deyib.

 

Qeyd edək ki, Mitt Romni bir qədər də irəli gedərək, Ağ Evin yeni sahibinə dələduz deməkdən də çəkinməyib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR