YPG Əl-Baba doğru irəliləyir: ABŞ sözünün üstündə durmadı
ABŞ-ın açıqlamasına baxmayaraq YPG terrorçuları Əl-Baba doğru irəliləyir. APA TV-nin məlumatına görə, Menbiçdən hərəkət edən qüvvələr Əl Bab istiqamətində 8 kəndi İŞİD-dən alıb.
Beləcə, Fərat çayının qərbindəki Afrinlə Menbiçi birləşdirmək istəyən qruplaşma iki bölgə arasında körpü rolunu oynayan Əl-Babın 9,8 kilometrliyinə çatıb. Azad Suriya Ordusu isə Əl-Babın mərkəzinə 2 kilometr yaxınlıqdadır. Müxaliflər şəhəri almağa hazırlaşır, eyni zamanda YPG terrorçuları da müxaliflərin 1,3 kilometrliyindədir.
Əsas qüvvəsini YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin komandirlərindən olan Həsən Efrini isə Əl-Babı almaq məqsədlərinin olmadığını bildirib.
Bundan başqa, müxaliflər və YPG-dən əlavə Suriya Ordusunun da Əl-Babı İŞİD terrorçularından azad etməyə çalışdığı iddia olunur. Əsəd rejiminə məxsus təyyarələrdən Əl-Baba bildirişlər atılaraq yaxın günlərdə şəhərə hücum ediləcəyi, əhalinin şəhəri tərk etməsi üçün xəbərdarlıq edilib.
Türk artilleriyası isə dünəndən Menbiçin qərbinə irəliləmək istəyən PYD hədəflərini atəşə tutur. Türkiyə hərbi mənbələri ABŞ-ın açıqlamasına baxmayaraq PYD qüvvələrinin şəhər ətrafında daimi olaraq yerləşdiyini bildirib. Bu səbəbdən terrorçuların mövqeləri toplarla vurulur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər