İrana qadağa, Küveyt və Qətərə yaşıl işıq - SANKSİYA

ABŞ Konqresi İrana 25 milyard dollar dəyərində qiymətləndirilən "Boeing" təyyarələrinin satışını qadağan edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözügedən qanun layihəsi Nümayəndələr Palatası üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Qadağanın lehinə 243, əleyhinə 174 konqresmen səs verib.

 

Öz növbəsində Ağ Ev haqqında bəhs olunan qadağaya veto tətbiq edəcəyini bildirib.

 

Xatırladaq ki, İran İslam Respublikasına 100 ədəd "Boeing" təyyarəsinin satışını nəzərdə tutan müqavilə iyunun 21-də imzalanıb.

 

Bu arada ABŞ Dövlət Departamenti Qətər və Küveytə 32 ədəd, ümumi dəyəri 31 milyard dollar olan  "F-15QA" və 36 ədəd "F/A-18E/F" qırıcılarının satışına icazə verib. Yeri gəlmişkən, Dövlət Departamentində sözügedən sövdələşmənin regionda qüvvələr nisbətini dəyişəcəyi istisna edilir. Bəhreyn isə öz növbəsində 17 ədəd yeni modifikasiyalı "F-16" sifariş edib.

 

Qeyd edək ki, bir sıra aparıcı mətbuat orqanları Birləşmiş Ştatların bu satışlardan narahatlıq keçirdiyi haqqında məlumat yayıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR