Dollar bahalaşdı, avro ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi noyabrın 17-si ilə müqayisədə bahalaşaraq 1,7091 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8128 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1200 manatdır. Beləliklə, funt sterlinq artım nümayiş etdirib.

 

Rusiya rublu və Türkiyə lirəsi də manat qarşısında dəyər itirib. Hazırda 1000 rubl 26 manat 30 qəpik, 100 türk lirəsi isə 50 manat 55 qəpik təşkil edir.

Gürcüstan larisi isə bahalaşıb. 100 gürcü larisinin dəyəri 68 manat 78 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR