Səudiyyə razılıq işarəsi verdi, neft bahalaşmağa başladı
Səudiyyə Ərəbistanının energetika naziri Xaled əl-Falehin verdiyi açıqlamalar neft bazarını canlandırıb.
APA TV-nin verdiyi məlumata görə, nazir ayın sonunda Vyanada Əlcəzair paktının imzalanmasına optimist yanaşdığını deyib. Sentyabrda Əlcəzairdə OPEK üzvlərinin qeyri-rəsmi görüşündə neft hasilatının 32,5 milyon barel səviyyəsinədək azaltmaq barədə qərar ilkin razılaşma əldə olunmuşdu.
Əl-Faleh bildirib ki, neft bazarında balans yaranmaqdadır, OPEK-in əldə edəcəyi razılaşma bu prosesi daha da sürətləndirə bilər. Bu açıqlamadan sonra birjalarda "Brent" neftinin qiyməti 46,30 dollaradək bahalaşıb. Qərbi Texas nefti də dəyər qazanmağa başlayıb, səhər seanslarında bu markadan olan neftin bir bareli 45,16 dollardan təklif olunur.
Bununla belə, analitiklər OPEK-in razılığa gələ biləcəyinə hələ də şübhə ilə yanaşırlar. Əksəriyyət hesab edir ki, kartel Vyana görüşündə razılığa gələ bilməyəcək və razılaşma başqa bir tarixə təxirə salınacaq. Ümumilikdə isə əksər neft analitikləri gələn il "qara qızıl"ın orta qiymətinin 58 dollar ətrafında olacağını düşünürlər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər