Rus qırıcıları Suriya səmasını işğal etdi - BOMBARDMAN KADRLARI
Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus strateji raket daşıyıcıları Suriyadakı terrorçulara zərbə endirib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qanadlı raketlərin buraxılışı Aralıq dənizi akvatoriyasından həyata keçirilib. Eyni zamanda təyyarələrin Rusiya ərazisindəki aerodromlardan birindən havaya qalxdığı da açıqlanıb. Həmin təyyarələrin 11 min kilometrlik məsafəni qət edərkən, iki dəfə yanacaqla təmin edildiyi bildirilir. Döyüş tapşırığını yerinə yetirən qırıcılar müvəffəqiyyətlə dislokasiya yerləyinə geri dönüb.
Bir qədər sonra isə onlara “Admiral Kuznetsov” aviadaşıyıcısından 33 təyyarə də qatılıb. Nəticədə terrorçulara məxsus silah və döyüş sursatı anbarları, silah istehsalı nöqtələri məhv edilib. Əməliyyaın uğurlu olduğu kəşfiyyat məlumatları ilə təsdiqlənib. Aviazərbələrə pilotsuz uçan aparatlardan da nəzərət edildiyi açıqlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər